Rusiya Qarabağa yeritdiyi "sülhməramlılar" üçün mandat və maliyyə axtarışında...
(17-09-2021, 11:09)


Rusiya Qarabağa yeritdiyi
Bəzən elə detallar olur ki, ilk baxışda nəzərdən qaçır, amma sonradan məlum olur ki, mahiyyət elə bu detalda imiş. Bu gün Düşənbədə KTMT-nin növbəti sammiti keçirilib və KTMT-yə sədrlik Ermənistana keçib. Əlbəttə, sədrliyin Ermənistana keçməsi xüsusi fərqlilik yaratmır, çünki təşkilatın əsasnaməsinə görə qərarlar konsensusla qəbul olunur. Amma bu sammitdə KTMT-nin sülhməramlı potensialının inkişafına dair sənədlər imzalanıb. Təşkilatın Baş katibi Stanislav Zas çıxış edərək KTMT-nin BMT-nin bayrağı altında sülhməramlı qüvvə kimi fəaliyyət göstərə biləcəyini vurğulayıb və təşkilatın qəbul etdiyi sənədin BMT-yə ünvanlanacağını qeyd edib. Yəni, BMT perspektivdə KTMT-yə və ya KTMT üzvü olan dövlətə sülhməramlı mandatı versin. 
Bu məsələ əvvələr də BMT qarşısında qaldırılıb, amma təklif sərt qarşılanıb və demək olar ki, müzakirə edilməyib və beləliklə KTMT -yə sülhməramlılıq üçün "lisenziya" verməkdən imtina edib.  Əslində, təşkilat bu gün qəbul etdiyi sənədlərlə qanunvericilik bazası yaratmış olub.
 
Buna baxmayaraq, Rusiya, göründüyü kimi, Rusiya qoşunlarının KTMT-nin "sülhməramlıları" ilə əvəz olunacağına ümid edərək BMT-də Artsax məsələsinin və beynəlxalq sülhməramlı missiyanın qətnaməsinin qaçılmaz müzakirəsinə hazırlaşır.
 
Rusiya nəyə hazırlaşır? KTMT deyilən təşkilatın əsl siması, varlığı Rusiyadır. Bizim üçün burada maraq kəsb edən təbii ki, Qarabağda Rusiya sülhməramlılarının beynəlxalq mandat alıb-almamasıdır. Heç inandırıcı gəlmir ki, Rusiya Qarabağ məsələsini beynəlxalq səviyyəyə çatdırmaq istəsin. Amma həmin beynəlxalq təzyiqləri neytrallaşdırmaq üçün formal olaraq bu addımı ata bilərmi və nə dəyişə bilər?
 
Həmçinin sammitin yekununda KTMT Baş Katibinin sülhməramlı məsələlər üzrə xüsusi nümayəndəsi institutu yaradılıb və bununla əlaqədar olaraq KTMT  Şurasının ayrıca qərarı imzalanıb. 
 
Görünür, Rusiya Qarabağda kontingentini yalnız öz gücü və imkanları hesabına artırmaq və saxlamaq üçün maliyyə sıxıntıları yaşayır və getdikcə artacağını hesablayaraq KTMT üzvləri olan dövlətlərin də hərbi qüvvələrini Qarabağda xidmət etməyə cəlb etmək niyyətindədir. Bu, əsas səbəb olmasa da, mümkün versiyalardan biridir. 
 
Bu planın Qarabağ probleminin həllinə necə təsir edəcəyi və Azərbaycanın maraqlarına necə cavab verəcəyi çoxlu suallar yaradır. Narahatçılıq yaradan problemin yekun həllinin zaman məsafəsinin yenidən uzana bilməsidir. Gələcək təhlillərimizdə, ekspertlərin şərhlərində bu məsələ ətrafında müzakirələrimizi davam etdirəcəyik. 
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 214

Xəbər lenti