Bakıda ilk dəfə İƏT Mədəniyyət Festivalı keçiriləcək
(Dünən, 17:00)

 Bakıda oktyabrın 6-12-də ilk dəfə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə "İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025" keçiriləcək.
dovrunnabzi.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, festivalda mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, İslam dəyərlərinin – tolerantlıq, sülh və müxtəlifliyə hörmətin təbliği əsas istiqamətlərdən olacaq. Bununla yanaşı, iqtisadiyyat, təhsil, elm və turizm sahələrində birgə layihələrin təşviqi, üzv dövlətlər arasında dayanıqlı tərəfdaşlıqların qurulması və yaradıcı sənayelərin qlobal iqtisadiyyata inteqrasiyasının gücləndirilməsi nəzərdə tutulur.
Tədbirdə 50-dən çox ölkədən 300-dən artıq qonağın – dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, eləcə də yaradıcı sənaye üzrə mütəxəssislərin iştirakı gözlənilir. Ümumilikdə festival çərçivəsində beş mindən çox iştirakçı bir araya gələcək.
Festival çərçivəsində İƏT üzv dövlətləri mədəniyyət nazirlərinin yüksək səviyyəli görüşü, "Mədəni və yaradıcı sənayelər forumu"  (MYFORUM), "Creative Village": mədəni və yaradıcı sənayelər sərgisi" (MYEXPO), "Baku Cinema Breeze – 2025" beynəlxalq kino proqramı, "Şərq moda nümayişi" – İƏT ölkələrinin gənc və tanınmış dizaynerlərinin təqdimatları, oyun texnologiyaları üzrə beynəlxalq sammit (G-HUB), eləcə də teatr, musiqi, rəqs və animasiya sahələri ilə bağlı müxtəlif səpkili mədəni layihələr planlaşdırılır.шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 35

Xəbər lenti
03-09-2025 09:30
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930