“3 saylı poliklinikada iki gündür ayağımı rentgen eləmirlər”
(29-08-2025, 10:30)

 “3 saylı poliklinikada iki gündür ayağımı rentgen eləmirlər”.
dovrunnabzi.az xəbər verir ki, bunu jurnalist Aytən Məmmədova sosial şəbəkə hesabında yazıb. O, poliklinikada həkimin laqeyd münasibət göstərdiyini bildirib:
“Dünən saat 2-də getdim, dedilər ki, “rentgen saat 1-ə qədər işləyir, sabah gəl”. Bu gün saat 11-də getdim, dedilər ki, “əvvəl cərrah Gülbəniz xanım baxıb rəy verməlidir. Onun da bu günlük xəstə limiti dolub, daha onun yanına xəstə yaza bilmərik. Çünki bir azdan çıxıb iclasa getməlidir. Cərrah baxmamış da rentgenə göndəriş verə bilmərik.
“Getdim Gülbənizin qapısına ki, bu nə deməkdir? Narazılıq, etirazdan sonra gəldi qəbula, dedi ki, “yazın mənə xəstə, amma iclas vaxtı çatanda çıxıb gedəcəm, baxmayacam. Özünü də elə aparırdı, sanki tibb elmində yeniliklərə imza atıb, xəbərimiz yoxdur.
Gülbəniz kimisinin həkimliyi də özünə qalsın. Onsuz da mənə cərrah yox, rentgen lazım idi ki, ayağımın sınıb-sınmadığını bilim. Sadəcə, qəbulda dedilər ki, əvvəl cərrah baxmalıdır, sonra rentgenə getməlisən”.
A.Məmmədova 2 gün vaxt itirdikdən sonra başqa xəstəxanaya üz tutduğunu söyləyib:
“İki gün ərzində o poliklinikadan boşuna əsəbiləşməkdən başqa bir şey qazanmadım. Belə bir müəssisəyə büdcədən ayrılan vəsait də boş sərfiyyatdan başqa bir şey deyil”.
Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlanıb.шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 22

Xəbər lenti
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930