“Ayın 13-ü, beşinci gün” qorxusu – mif, yoxsa psixoloji sindrom?
(13-06-2025, 13:00)

“Ayın 13-ü, beşinci gün” — bu ifadə hər bir insanda qismən olsa da, daxili bir pis hissiyyat yaradır. Əsasən də eyni adlı bədii filmə baxanlarda. Çox insanlar bu gün çalışırlar ki, heç bir riskli işlərə girməsinlər. Onların fikrincə, həmin gün uğursuz olacaq. Onda bir sual ortaya çıxır ki, il ərzində baş verən uğursuzluqlar da bu günlə əlaqəlidirmi? Əlbəttə ki, xeyr. Bu qorxu o qədər yayılıb ki, 13 rəqəmindən qorxmanın adı da var – Triskayedafobiya.
13 oktyabr, beşinci gün – 1307-ci ildə Vatikan Papası Klementin Səlib yürüşündən qayıdan və Mariya Maqdalinanın sirlərini gizlədən Cəngavərləri (Sionistləri) öldürtdüyü gündür.
Ayın 13-ü, beşinci gün — “şeytan günü” adlandırılır. Bu günün belə qorxunc olması qədim zamanlardan gəlir. Bəzi versiyalara görə, ayın 13-ü, beşinci gün 12 əcinnə şabaşa yığılarmış və 13-cü isə iblis imiş.
İncil mətnlərinin bəzi yozucuları əmindirlər ki, məhz bu gün Həvva və Adəm qadağan olunmuş meyvənin dadına baxıblar. Maraqlısı odur ki, həmin bu rəqəmdən qorxu əsasən xristian dövlətlərində geniş yayılıb. Amma indiki zamanda bu bütün dünyaya yayılmaqdadır.
Bəzi insanlarda bu qorxu hissi o qədər qabardılmış dərəcədədir ki, onlar hətta həmin gün evdən bayıra çıxmırlar.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 108

Xəbər lenti
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930