Evdə hazırlanan kolbasalarda bu infeksiya ola bilər - Açıqlama
(Dünən, 13:30)

Ev şəraitində hazırlanmış konserv və kolbasalardan botulizm infeksiyasına yoluxmaq mümkündür.

dovrunnabzi.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə gazeta.ru-ya açıqlamasında infeksionist Olqa Stolyarova söyləyib.

Həkim bildirir ki, botulizmin qarşısını almaq üçün beş əsas qaydaya riayət etmək lazımdır:

Əlləri tez-tez yuyun, məhsulları və bütün mətbəx səthlərini dezinfeksiya edin, mətbəxə həşəratlar və gəmiricilərin daxil olmasının qarşısını alın.

Xam və bişmiş məhsulları ayrı saxlayın, müxtəlif qidalar üçün ayrıca qab-qacaq istifadə edin.

Məhsulları yaxşı bişirin və ya buxarlayın; sup və yeməkləri qaynadın, çünki botulotoksin və bakteriyalar 10-25 dəqiqə qaynadıqda məhv olur.

Hazırlanmış yeməyi otaq temperaturunda 2 saatdan çox saxlamayın.

Təhlükəsiz su və qida məhsullarından istifadə edin: qaynadılmış su, meyvə və tərəvəzləri yaxşı yuyun və qaynadın, müddəti keçmiş məhsullardan istifadə etməyin.

Stolyarova qeyd edib ki, botulizmin ən təhlükəli cəhəti odur ki, onu məhsuldan görmək mümkün deyil. Yəni, qab şişmir, dad, qoxu və görünüş dəyişmir.




шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 34

Xəbər lenti
03-09-2025 09:30
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930