Tanınmış həkimin niyə komaya düşdüyü bilindi
(Dünən, 15:00)

Xəbər verdiyimiz kimi, tanınmış oftalmoloq, "Universal" hospitalın rəhbəri və baş həkimi Aytən Sultanovanın səhhəti kəskin pisləşib.
dovrunnabzi.az xəbər verir ki, həkim əvvəlcə rəhbərlik etdiyi "Universal" hospitalın reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu açıqlanmışdı. Sonradan isə A.Sultanova Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə köçürülüb.
Ətraflı
Məlumatlara görə, Aytən Sultanova bir müddət əvvəl mədəkiçiltmə əməliyyatı etdirib. Əməliyyatdan sonra o, güclü ağrıkəsicilər qəbul edib, eyni zamanda arıqlama preparatlarından istifadə edib. Həkimin səhhətindəki kritik pisləşmənin də məhz bu amillərlə bağlı olduğu bildirilir.
Hazırda onun komada olduğu və vəziyyətinin kritik qiymətləndirildiyi vurğulanır.
Qeyd edək ki, Aytən Sultanova daha əvvəl "Caspian", "Badam" və "Məlhəm" klinikalarında da rəhbər vəzifələrdə çalışıb.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 36

Xəbər lenti
03-09-2025 09:30
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930