"Robot repetitor" nəyi dəyişəcək? - Ekspertdən bədbin açıqlama
(29-08-2025, 10:00)

“Məqsəd repetitorluğa imkanı olmayan abituriyentlərə əlçatan və keyfiyyətli təhsil dəstəyi təqdim etməkdir. Sistem vasitəsilə şagirdlər tarix, coğrafiya, riyaziyyat kimi fənlər üzrə virtual müəllimlərlə interaktiv şəkildə öyrənə biləcəklər”.
“Robot repetitor” ənənəvi müəllimi əvəz edə biləcəkmi?
Təhsil eksperti Elşən Qafarov dovrunnabzi.az-a açıqlamasında bildirib ki, zaman-zaman ölkə təhsilində olan neqativ hallar və kölgə təhsilinin digər ölkələrlə müqayisə olunmayacaq qədər artmasının şahidiyik.
Mütəxəssisin fikrincə, çox təəssüflər olsun ki, Elm və Təhsil Nazirliyi, onun struktur bölmələri, qeyri-struktur bölmələri ölkə təhsilində tərbiyə mühitini, təhsil mühitini geri qaytarmaq əvəzinə daim kölgə təhsilinə xidmət edəcək layihələr həyata keçirirlər:
"İstənilən yenilik, müsbət qarşılanmalıdır. Mən düşünmürəm ki, Elm və Təhsil Nazirliyi bu layihəni repetitor tutmaq imkanı olmayan abituriyentlər üçün yaradıb. İstər-istəməz, bu xidmət ödənişli olacaq. Növbəti bir biznes layihəsidir. Elm və Təhsil Nazirliyi və onun struktur bölmələri elə bir mühit yaratmalıdırlar ki, şagird təhsili məktəbdə alsın.
Biz məktəblərdə təhsil mühitini dağıtmışıq. Bu gün nəinki ali məktəbə qəbul, hətta məktəbə hazırlıq mərhələsindən etibarən repetitorluq kütləvi hal alıb. Təəssüf ki, məktəblərimizdə tərbiyə mühiti də xeyli zəifləyib.
Elm və Təhsil Nazirliyi kölgə təhsilinin inkişafına yox, kölgə təhsilinin qarşısını almaq üçün məktəblərdə təhsil və tərbiyə mühitinin bərpasına və inkişafına çalışmalıdır. Çünki nazirliyin vəzifəsi budur".
Ana səhifəyə qayıt
Oxunub: 22
Xəbəri paylaş
Xəbər lenti
Ən çox baxılanlar
Seçilənlər