Geri çağırılan səfir Leyla Abdullayevanın həyat yoldaşıdır
(Bu gün, 14:30)

Məlum olduğu kimi, bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Cəlal oğlu Hüseynov vəzifəsindən geri çağırılıb.

Hüseyn Hüseynov 1977-ci ildə Bakıda anadan olub.

1998-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu “beynəlxalq münasibətlər” ixtisası üzrə, 2000-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Siyasi idarəetmə” fakültəsinin magistratura şöbəsini fərqlənmə diplomu ilə bitirib.

H. Hüseynov 2021-ci ilin aprelində Bolqarıstana səfir göndərilmişdi. Bundan öncə isə o, XİN-in Strateji Araşdırmalar İdarəsinin rəhbəri vəzifəsində çalışıb.

Diplomat Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın həyat yoldaşıdır. Cütlüyün iki övladı var.

Qeyd edək ki, L. Abdullayeva 2022-ci ildən Azərbaycanın Fransada fövqəladə və səlahiyyətli səfiridir./Qafqazinfo.az/

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 2

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930