Norveçdə dəhşətli torpaq sürüşməsi – evlər dənizə axdı, görüntülər dünyanı sarsıtdı - VİDEO
(Dünən, 13:00)

dovrunnabzi.az xəbər verir ki, Norveçdə güclü torpaq sürüşməsi baş verib.
Təbii fəlakət nəticəsində bir neçə yaşayış evi və təsərrüfat binaları göz görə-görə torpaqla birlikdə dənizə axıb. Hadisənin dəhşətli anları əks olunan video kadrlar isə artıq bütün dünyada sosial şəbəkələrdə sürətlə yayılır.
Sosial şəbəkə istifadəçiləri hadisəni “təbiətin gücünün və amansızlığının canlı nümayişi” kimi dəyərləndiriblər. Kadrlar həm Norveç, həm də beynəlxalq mediada böyük rezonans doğurub. Görüntülərdə sahilboyu evlərin və tikililərin sanki dalğalar tərəfindən udulduğu, insanların isə həyəcanla hadisəni izlədiyi görünür.
Norveç hökuməti hadisə yerində fövqəladə vəziyyət elan edib. Hazırda axtarış-xilasetmə işləri aparılır, yerli sakinlər təhlükəsiz ərazilərə köçürülür. Hələlik insan itkisi barədə rəsmi məlumat yoxdur, lakin evlərini itirənlərin sayı onlarla ölçülür.
Mütəxəssislər bildirirlər ki, sürüşməyə səbəb son həftələrdə bölgədə intensiv yağan yağışlar və torpaq qatının boşalması olub. Norveçin sahilboyu bölgələri geoloji quruluş baxımından belə sürüşmələrə həssas sayılır.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 36

Xəbər lenti
03-09-2025 09:30
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930