Rusiyada azərbaycanlı kişi dostunun arvadına görə cərimələndi
(3-09-2025, 14:00)
Rusiyanın Perm vilayətinin Karaqay qəsəbəsində məhkəmə Azərbaycan Respublikasının 44 yaşlı vətəndaşına hökm oxuyub.
O, ölkədə müvəqqəti olaraq qanuni əsaslarla yaşayıb. Kişi xarici vətəndaşın və ya vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyasında qalma yeri üzrə saxta qeydiyyata alınmasında təqsirli bilinib.
Məlumata görə, yanvar ayında onun 29 yaşlı tanışı ondan Azərbaycan vətəndaşı olan 19 yaşlı həyat yoldaşını mənzilində qeydiyyata salmağı xahiş edib. Bu, onun Rusiyada qanuni qalmasını təsdiqləmək üçün lazım olub və 44 yaşlı kişi razılaşıb.
Pozuntu polis idarəsinin miqrasiya bölməsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri zamanı aşkarlanıb. Məlum olub ki, qadın mənzildə qeydiyyata alınsa da, əslində burada yaşamayıb.
Məhkəmə təqsirləndirilənin peşmançılığını və günahını etiraf etməsini nəzərə alaraq ona 20 min rubl (təxminən 422 manat) məbləğində cərimə təyin edib.

Ana səhifəyə qayıt
Oxunub: 634
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Təqvim
| « Fevral 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | |
Seçilənlər