İran Avropa Üçlüyünün təklifini rədd etdi
(30-08-2025, 12:00)
İran Avropa Üçlüyünün nüvə danışıqlarına dair təklifini rədd edib. Musavat.com xəbər verir ki, məlumatı ölkənin BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani açıqlayıb. O, bildirib ki, Tehran nüvə sazişi (JCPOA) üzrə vicdanlı danışıqlara açıqdır, lakin onları təhdid altında aparmayacaq və “qeyri-real ilkin şərtlərə” görə Avropa “üçlüyünün” (Böyük Britaniya, Almaniya, Fransa) planını rədd edir. Əvəzində Tehran Rusiya və Çinin BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyaları müvəqqəti dayandıran və bu il oktyabrın 18-də müddəti bitən 2231 saylı qətnaməsinin qısa texniki uzadılması təklifini dəstəkləyib.
İrəvani BMT-nin mənzil-qərargahında jurnalistlər qarşısında çıxışında “Avro-üçlük” planını “ikiüzlü addım” adlandırıb: “Onlar danışıqların başlanğıc nöqtəsi deyil, nəticəsi olan şərtlər tələb edirlər”. Diplomat vurğulayıb ki, İran, onun fikrincə, problemləri həll etməkdənsə, "tətbiq etmək və diktə etmək" üçün nəzərdə tutulmuş təzyiq taktikasına "heç vaxt boyun əyməyəcək".
İranın daimi nümayəndəsi “konstruktiv alternativ” olaraq Rusiya və Çinin təklifini dəstəkləyib: "Biz diplomatiyaya yeni anlaşma və yeni razılaşma əldə etmək üçün daha çox vaxt verilməsinin tərəfdarıyıq. Rusiya və Çinin 2231 saylı qətnamənin qısa texniki uzadılması təklifi bu istiqamətdə əməli addımdır".
O, həmçinin Avropa ölkələrinin qərarını "ehtiyatsızlıq" və İranın MAQATE ilə əməkdaşlığına xələl gətirən, beynəlxalq sülh və təhlükəsizliyi təhdid edən "təxribatçı eskalasiya" adlandırıb.
Ötən gün Böyük Britaniya, Almaniya və Fransa BMT-ni 2231 saylı qətnamənin müddətinin uzadılmasına qarşı olduqları barədə məlumatlandırıblar. Eyni zamanda onlar qətnamənin qüvvədə olma müddətinin uzadılması üçün İranın nüvə proqramı ilə bağlı danışıqları 30 gün davam etdirməyə hazır olduqlarını bəyan ediblər.

Ana səhifəyə qayıt
Oxunub: 18
Xəbəri paylaş
Xəbər lenti
Ən çox baxılanlar
Seçilənlər