Bu tarixdən avtomobillər bahalaşa bilər
(Bu gün, 16:00)

Avtomobil bazarlarında aylardır davam edən durğunluq, satıcılar üçün çətinliklər yaradıb.
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev Metbuat.az-a bildirib ki, durğunluq əsasən ikinci əl avtomobillərdə və rəsmi servislərin satdığı yeni avtomobillərdə yaşanır. Eyyub Əliyev deyib ki, fərdi şəxslər tərəfindən ölkəyə gətirilən avtomobillərin satış həcmi yüksəkdir:
“Fərdi şəxslər tərəfindən əsasən Çindən gələn avtomobillər, Çinin daxili bazarı üçün nəzərdə tutulduğundan, bu da durğunluğa səbəb olub. Çünki eyni marka və modelin həm Avropa təyinatlı, həm də daxili bazar üçün olan versiyaları mövcuddur. Təəssüflər olsun ki, qeyri-rəsmi yolla gətirilən avtomobillər əsasən daxili bazar üçün nəzərdə tutulanlardır. Bu avtomobillər daha ucuz qiymətə təklif olunsa da, Çinin daxili subsidiyaları və digər səbəblərdən bu avtomobillər bazarda daha çox satılır. Ölkəmizdə əsasən Avropa təyinatlı avtomobillər rəsmi dilerlərdə satılır və bu avtomobillərin qiymətləri ilə bağlı müəyyən durğunluq yaşanır. Durğunluq yalnız yeni avtomobillərdə deyil, həm də ikinci əl avtomobillərdə hiss edilir”.
Ekspertin sözlərinə görə, ilin sonuna doğru yeni avtomobillərin satış dinamikalarının artacağı gözlənilir. Eyyub Əliyev qeyd edib ki, yanvar ayından ekoloji təmiz nəqliyyat vasitələrinə olan güzəşt müddətinin bitməsi ilə bu artım sürətlənə bilər:
“Bu barədə aidiyyatı qurumlardan hələ də heç bir rəsmi məlumat yoxdur, amma gözlənilir ki, bu avtomobillərin satışı sürətlənəcək. İkinci əl avtomobillərdə durğunluğun əsas səbəbi isə artıq aydındır. Hazırda yeni avtomobil almaq, ikinci əl avtomobil almaqdan daha sərfəlidir. İnsanlar köhnə, 10-15 yaşlı avtomobillər yerinə yeni Çin avtomobillərini almağı daha üstün tuturlar. Bu yanaşma bəzən doğru, bəzən də yanlış ola bilər. Mən hər zaman tövsiyə edirəm ki, zəmanət altında avtomobil alaq ki, sabah hər hansı bir problem yaşamayaq və yolda çətinliklərlə qarşılaşmayaq”.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 2

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930