Bir neçə dəfə evlənən məşhurlar - Fotolar  
 (18-01-2021, 18:00) 
	Məşhur insanlar hər zaman şəxsi həyatları ilə gündəmdə olublar. İllər keçsə də, onların evlənib boşanma xəbərləri hələ də gündəmdə öz aktuallığını qoruyub saxlayır.
Bir neçə dəfə evlənib ayrılan məşhur simalardan bəzilərini təqdim edirik:
1.Müğənni: Seda Sayan
Bir neçə dəfə evlənib boşanan məşhurlar dedikdə ağıla ilk gələn Seda Sayandır. İfaçı bu günə qədər 6 dəfə nikah masasına əyləşib. Onun özündən 23 yaş kiçik Onur Şanla evlənməsi isə ən çox danışılan evliliyi olub. Onurdan sonra Nihat Doğanla nişanlanan Sayanın bu münasibəti evliliyə qədər davam etməyib.

2. Aktrisa: Ceyda Düvenci
Səməmiyyəti və gülərüzlüyü ilə hər zaman diqqət mərkəzində olan aktrisa 3 dəfə evlənib. Sonuncu dəfə 2015-ci  ildə həmkarı Bülent Şakrakla ailə həyatı qurub. Aktrisanın bu evliliyi hələ də davam edir.

3. Aktyor: Mehmet Ali Erbil
61 yaşlı aktyor bu günə qədər 5 dəfə evlənib. Daha çox Nergis Kumbasarla olan evliliyi yadda qalıb. Erbil 4-cü evliliyi zamanı özündən 23 yaş kiçik Sedef Altıntaşla nikah masasına əyləşib. 1 ildən sonra cütlük həyat yollarını ayırıb. Sonuncu dəfə Tuğba Coşkunla evlənib. Bu evlilikdən onun Ali Sadi adlı oğlu dünyaya gəlib. Aktyorun hazırda 3 övladı var.

4.Aktrisa: Ancelina Coli
Ancelina ilk dəfə aktyor Conni Li Millerlə evlənib. Daha sonra Billi Bob Sontonla ailə həyatı qurub. 3 dəfə evlənən aktrisa sonuncu dəfə qurduğu ailə həyatı ilə dünyaya səs salıb. Aktyor Bred Pittlə evlənən Coli 2016-cı ildə ondan ayrılıb. Məşhur cütlüyün 6 övladı var.

5.Müğənni: Cennifer Lopez
49 yaşlı ifaçı 3 dəfə ailə həyatı qurub. Sonuncu dəfə Mark Entoni ilə evlənən müğənni 2011-ci ildə boşanıb.

6.Elizabet Teylor
Hollivud ulduzu Elizabet 8 dəfə ailə həyatı qurub. İlk dəfə otelləri olan iş adamı Niki Hiltonla evlənib. Daha sonra sənətçi Edi Fişerlə həyat yollarını birləşdirib. Ondan  sonra isə bir mühəndislə evlənib.(axsam.az)

   Ana səhifəyə qayıt               
         
         
         
         
         
         
         
         
         Oxunub: 228
 
	
 	
	Xəbəri paylaş
	
			
		 
		 
  
            
Xəbər lenti
   
		    09-10-2025 16:23
 
                
 
 05-09-2025 09:00
 
                
 
 04-09-2025 17:30
 
                
 
 04-09-2025 13:30
 
                
 
 04-09-2025 09:30
 
                
 
 03-09-2025 16:30
 
                
 
 
				Ən çox baxılanlar
					
  
  
				Təqvim
					
  
  | « Noyabr 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B | 
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 
				Seçilənlər
					
  
  






