Azərbaycanda pambığa görə məhsul subsidiyası artırılıb
(5-09-2025, 09:30)

dovrunnabzi.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Qərara əsasən, müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələrində becərilmiş və tədarük məntəqələrinə təhvil verilmiş pambığın hər tonuna görə fermerlərə 215 manat subsidiya ödəniləcək.
Müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələrində becərilərək tədarük məntəqələrinə təhvil verilmiş pambığın hər tonuna görə isə fermerlər 200 manat subsidiya alacaqlar.
Pambığa görə məhsul subsidiyası yalnız Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, Biləsuvar, Goranboy, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Tərtər, Yevlax, Zərdab rayonlarında, habelə Cəlilabad rayonun Günəşli və Təzəkənd kəndlərində, Ucar rayonunun Xələc kəndlərində becərilən pambığa görə veriləcək.
2026-cı təsərrüfat ilində Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil edilmiş məlumatlar və sənədlər əsasında hesablanmış orta məhsuldarlığı 15 sent/ha və daha aşağı olan fermerlərə, habelə bir fermer üzrə orta məhsuldarlığın 60 sent/ha-dan yuxarı olan hissəsinə görə məhsul subsidiyası ödənilməyəcək.
Ana səhifəyə qayıt
Oxunub: 48
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər