İstanbuldakı bu məscidə quşlar qonmur – Səbəbi çox sadədir...- FOTOLAR+VİDEO
(16-12-2020, 10:00)
Türkiyədə və dünyada Memar Sinan kimi tanınan Sinaneddin Yusuf – Abdulmennan oğlu Sinan Osmanlı dövrünün ən istedadlı arxitektorlarından biri olub. Onun Şahzadə məscidi, Süleymaniyyə camisi, Səlimiyyə məscidi, Drina körpüsü, Mostar körpüsü kimi məşhur tikililərin müəllifi olduğu məlumdur. Lakin ustad memarın həcmcə kiçik, ancaq möcüzə təsiri bağışlayan bir çox əsərləri də olub.

dovrunnabzi.az xarici İslam saytlarına istinadla Memar Sinanın belə əsərlərindən birindən bəhs edir.
Söhbət İstanbulun Üsküdar məhəlləsində yerləşən Şəmsi Paşa məscidindən gedir. Məscid Memar Sinanın 90 yaşı olanda- 1580-ci ildə inşa edilib. Türkiyədə "Quşqonmaz" məscidi də adlandırılan bu 440 yaşlı ibadət ocağının kümbəzinə, damına quş qonmur. Çoxları üçün möcüzə kimi görünən bu olayın çox sadə səbəbi var. Belə ki, dahi memar məscidi inşa edərkən ərazinin iqlim xüsusiyyətlərini də dəqiqliklə nəzərə alaraq gələcəkdə ziyarətçilərdə böyük maraq yaradacaq belə bir tikili inşa etdirib.
Məsələ ondadır ki, Şəmsi Paşa məscidi güclü cənub və şimal küləklərinin toqquşduğu ərazidə tikilib və tikilinin damında müxtəlif istiqamətlərdən yaranan şiddətli hava təzyiqi quşların buraya qonmasına imkan vermir. O da maraqlıdır ki, Memar Sinana quşların qonmadığı bir yerdə məscid tikilməsini o dövrdə Osmanlının məşhur vəziri olan Şəmsi Əhməd Paşa sifariş edib. Sənan isə məhz Üsküdardakı bu yeri seçib. Şimal və cənub küləklərinin toqquşaraq dalğaları hərəkətə gətirdiyi və dalğaların səsindən də narahat olan quşların məscidə qonmayacağını düşünən Memar Sənanın seçimi dəqiq olub.
1580-ci ildən əhalinin xidmətində olan bu məscid xalq arasında "Quşqonmaz məscid" olaraq tanınır və Üsküdarın simvollarından biri kimi xarici turistlərin də böyük marağına səbəb olur.
Ana səhifəyə qayıt
Oxunub: 239
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər