"Əlil arabası istədim, yataq istədim, heç kim kömət etmədi..." - GİLEY
(22-11-2022, 09:45)
Xaçmazın Qaracəlli kəndində bir ana, Samirə Daşdəmirova 21 ildir ki, yataq xəstəsi olan övladına baxır.
Anası ağrılar içində ağlayan serebral iflic övladını müalicə etdirə bilmir.
S. Daşdəmirova deyib ki, 21 yaşlı oğlunu qaldırıb hamam və ya başqa ehtiyacları üçün apara bilmir. Əlil arabası verilməsinə qədər müraciət edib, amma məktubları cavabsız qalıb. Bundan əlavə ailə sosial yardım üçün qeydiyyatdan keçib, ancaq bir oğlu hərbçi olduğu üçün ailəyə ünvanlı sosial yardım təyin edilmir:
“Yoldaşım da xəstədir. Çox yerə müraciət etmişəm, əlil arabası istədim, yataq istədim, heç kim kömət etmədi, o bunun üstünə atdı, bu onun üstünə atdı. Kənd tibb bacısı iynə vurmağı bacarmır, təcili tibbi yardımı çağırıram, uzaqdır deyə gəlmir”.
Ana səhifəyə qayıt
Oxunub: 174
Xəbəri paylaş
Xəbər lenti
11-07-2025 18:00
Ən çox baxılanlar