Arı sancmasına görə qadın niyə 1 ay komada qaldı? - Şöbə müdirindən AÇIQLAMA
(Dünən, 11:30)
Xəbər verdiyimiz kimi, iyunun 12-də 35 yaşlı qadın arı sancmasından sonra komatoz vəziyyətdə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə qəbul edilib. Zəruri müayinələrdən sonra xəstəyə anafilaktik şok və ensefalit diaqnozları qoyulub. Həyat əlamətləri kifayət qədər aşağı olan xəstəyə Toksikologiya şöbəsinin həkimləri tərəfindən müalicə tədbirləri görülüb. Şöbədə müalicələri başa çatdıqdan sonra xəstənin vəziyyəti nəzərə alınaraq Terapevtik Reanimasiya şöbəsinə köçürülüb.
Təxminən bir ay komatoz vəziyyətdə Terapevtik Reanimasiya şöbəsində müşahidə altında saxlanılıb, həkimlərin göstərdikləri uzunmüddətli müalicələr, zəruri intensiv reanimatik xidmətlərdən sonra xəstənin vəziyyəti stabilləşib. Daha sonra xəstə Nevrologiya şöbəsinə köçürülüb.
Nəticədə xəstənin səhhətində müsbət dinamika müşahidə edilib, huşu aydınlaşıb, hemodinamik göstəriciləri stabillləşib. Hazırda müalicələri Nevrologiya şöbəsində davam etdirilir. Vəziyyətində müşahidə olunan müsbət dinamika nəzərə alınaraq xəstəyə reabilitasiya məqsədli müalicələrin davam etdirilməsi planlaşdırılır.
Maraqlıdır, hansı hallarda arı sancmalarından komaya düşə bilərik? Arı sancmalarında ölüm riski varmı?
Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, arı sancmasının təhlükəsi əsasən insan bədəninin həssaslığından asılıdır:
"Əgər insanın bədəni həssasdırsa, arı sancması ciddi təhlükə yarada bilər. Elə hallar olur ki, bir arının sancması da insanın huşunu itirməsinə səbəb olur.
Bu yaxınlarda arı sancmasına görə bir nəfərin bir ay komada qalması ilə bağlı məlumat daxil oldu. Həmin şəxsi sadəcə bir arı sancıb. Lakin bədəni o qədər həssas olub ki, huşunu itirib və vəziyyəti ağırlaşıb. Hazırda xəstə həkim nəzarətindədir və vəziyyəti stabildir".
A.Maqsudov bildirib ki, ölkəmizdə əsasən iki növ arı sancmasına rast gəlinir: “Eşşək arısı daha böyük ölçüdə olur və zəhəri güclüdür. Buna görə də təhlükəsi bal arısınınkindən çoxdur”.
Şöbə müdiri əqrəb sancmalarından da danışıb. Onun sözlərinə görə, Azərbaycanda əsasən iki - qara və sarı əqrəb növü var:
"Sarı əqrəb sancmasının təsiri təxminən 8 saat içində hiss olunur və adətən həyati təhlükə yaratmır. Qara əqrəbin zəhəri isə daha güclüdür 1 gün ərzində təsir göstərir və vaxtında tibbi müdaxilə olunmazsa, ağır fəsadlara və hətta ölümlə nəticələnə bilər".
Mütəxəssis onu da əlavə edib ki, bu mövsüm ərzində onlara 8-9 ilan sancması, 10-12 əqrəb sancması ilə bağlı müraciət daxil olub.

Ana səhifəyə qayıt
Oxunub: 4
Xəbəri paylaş
Xəbər lenti
15-07-2025 16:00
15-07-2025 13:30
15-07-2025 10:00
Ən çox baxılanlar