Hövsanda qanunsuz silah gəzdirən keçmiş məhkum saxlanılıb
(24-05-2023, 13:51)
Hövsanda üzərində qanunsuz olaraq odlu silah gəzdirən şəxs saxlanılıb.
DİN-dən verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 30-cü Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah saxlayan şəxs tutulub.
Tədbir zamanı əvvəllər məhkum olunmuş, Hövsan qəsəbəsində yaşayan Tərlan Məmmədov saxlanılaraq Polis Şöbəsinə gətirilib.
Onun üzərindən 1 ədəd kustar üsulla hazırlanmış atəşə yararlı “Retay F-29” markalı tapança aşkar olunaraq götürülüb.
Faktla bağlı 30-cü Polis Şöbəsində toplanan materiallar Suraxanı Rayon Polis İdarəsinə göndərilib, araşdırmalar davam etdirilir. Ana səhifəyə qayıt
Oxunub: 163
Xəbər lenti
07-06-2023 16:00
07-06-2023 14:30
07-06-2023 13:00
07-06-2023 12:00
07-06-2023 11:00
06-06-2023 19:00
06-06-2023 18:00
06-06-2023 17:00
06-06-2023 16:30
06-06-2023 16:00
Ən çox baxılanlar
Seçilənlər