İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanıldı
(12-03-2021, 15:30)

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş ərazilərinə keçməyə cəhd göstərən şəxslər müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Füzuli rayonunun işğaldan azad olunmuş Horadiz kəndinə nəzarət postlarından kənar yollarla daxil olmağa cəhd göstərən 3 nəfər saxlanılaraq RPŞ-yə gətiriliblər.
Araşdırmalarla onların Füzuli rayon Zobucuq qəsəbə sakinləri Ş.Süleymanov, S.Hüseynov və A.Alışov olmaları müəyyən edilib. Adıçəkilən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə qanunamüvafiq tədbirlər görülüb.
Ana səhifəyə qayıt
Oxunub: 88
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər