Qalmaqallı general Əfqan Nağıyevə də “Qarabağ” ordeni VERİLDİ  
 (10-12-2020, 12:31) 
	Azərbaycan Prezidenti İlham Əliyev bu gün Silahlı Qüvvələrin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir sıra hərbi qulluqçuları  təltif ediliblər.
Sərəncamla “Qarabağ” ordeni ilə təltif edilənlər arasında Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-leytenant Əfqan Vəli oğlu Nağıyev  də var.
Xatırladaq ki, Əfqan Nağıyev bu ilin may ayında Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılmış, sonradan isə ev dustaqlığına buraxılmışdı.
Hərbi mənbələrdən əldə etdiyimiz məlumata görə, general Ə.Nağıyev Vətən müharibəsinin elə ilk günlərindən döyüşlərdə sərhəd xidmətinin generalı kimi iştirak edib. Onun döyüşlərdə peşakar zabit kimi fərqləndiyi bildirilir.
Qeyd edək ki, Əfqan Nağıyev uzun  müddət - 2012-cü ildən 2020-ci ilin fevral ayınadək Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinə rəhbərlik edib.
2004-cü ildə polkovnik-leytenant ikən Sərhəd Qoşunlarının yaradılmasının 85-ci ildönümü münasibətilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
Əfqan Nağıyev növbəti dəfə 2008-ci ildə təltif edilib. Həmin vaxt polkovnik olan Nağıyev  Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramı günü münasibətilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
Ə.Nağıyev 1 il sonra isə Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramı günü münasibətilə “Vətən uğrunda” medalı ilə təltif olunub. 
2012-ci ildə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi Əfqan Vəli oğlu Nağıyevə general-mayor rütbəsi verilib. O, 6 il sonra – 2018-ci ilin avqustunda general-leytenant hərbi rütbəsini alıb.
O, bu ilin mayında Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılmış, avqust ayında isə ev dustaqlığına buraxılmışdı...
   Ana səhifəyə qayıt               
         
         
         
         
         
         
         
         
         Oxunub: 118
 
	
 	
	Xəbəri paylaş
	
			
		 
		 
  
            
Xəbər lenti
   
		    09-10-2025 16:23
 
                
 
 05-09-2025 09:00
 
                
 
 04-09-2025 17:30
 
                
 
 04-09-2025 13:30
 
                
 
 04-09-2025 09:30
 
                
 
 03-09-2025 16:30
 
                
 
 
				Ən çox baxılanlar
					
  
  
				Təqvim
					
  
  | « Noyabr 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B | 
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 
				Seçilənlər
					
  
  






