Vəzifə sahibi sadə vətəndaş ŞƏRURLU İSFƏNDİYAR
(12-09-2023, 19:00)

 
Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsə də sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan, Azərbaycanın ən böyük tikinti maqnatı "Şərur" MTK-nın sədri, "Şərurlu İsfəndiyar" kimi tanınan iş adamı İsfəndiyar Axundovdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, işində yorulmaz rəhbər, nümunəvi idarə rəisidir. Bu şəxs kimdir?
Əslən Qərbi Azərbaycandan olan, Şərurda doğulduğu üçün dostları tərəfindən “Şərurlu” adını qazanan İsfəndiyar müəllim 16 yaşından zəhmətə alışıb. Bu yazımda onun sahib olduğu varidatı sadalamaq kimi fikrim yoxdur... Bircə onu deyə bilərəm ki, bu şəxs bu gün əldə etdiyi bütün nailiyyətlərə özünün zəhmətsevər olmasına görə  yiyələnib. Onun adı çoxuna tanışdır. Hər kəs onu da bilir ki, maddi-mənəvi problemləri ilə qəbuluna gələn vətəndaşlara yardımçı olmağı özünə borc bilən bir vəzifə sahibidir İsfəndiyar müəllim.
Hələ 1993-cü ildə ulu öndərimiz Heydər Əliyevin iş adamlarına etdiyi “kömək etmək lazımdır” müraciətindən dərhal sonra İsfəndiyar müəllim o, zaman Binəqədi batalyonunun ailə üzvlərini öz himayəsinə götürüb, onların hamısını saxlayıb, hər ay da maaşlarını verib. İndi də dövlətə çox ucuz qiymətə evlər tikən bu iş adamı sosial evləri təmirlə birlikdə kvadratını 500 manata təqdim edir ki, bu da öz növbəsində 50 faiz güzəşt deməkdir.
Yuxarıda sadaladığımız az məqamlardan birmənalı şəkildə bu qənaətə gəlmək olur ki, "Şərur" MTK-nın sədri, "Şərurlu İsfəndiyar" vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın etimadını yüksək səviyyədə doğrulda bilən insandır.
      Ağıllı adamı pul və vəzifə dəyişə bilməz. Necə ki, İsfəndiyar müəllimi dəyişə bilməyib qazandıqları. O dərk edir ki, verən də Allahdır, alan da Allahdır.
       ...Əfsuslar olsun ki, bu gün internet üzərindən axtarış etdikdə İsfəndiyar müəllim haqda xoşagəlməz fikirlər əks etdirilən yazılar da mövcuddur. Guya ki, iş adamı bir mənzili, bir neçə şəxsə satıb, vətəndaşları aldadır, kommunal xətləri çəkmir, problem olan zaman həll etmir və s. və i.a.
Mətbuatdan anlayışı olmayan və şər-böhtanla məşğul olan insanlar düşünmürlər ki, bir şəxs barədə fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq şərəfsizlikdir? "Şərur" MTK-nın sədri, "Şərurlu İsfəndiyar"in işguzar nüfuzuna xələl gətirməyə çalışan, şəxsi həyatına müdaxilə etməkdən çəkinməyən və heç bir fakta əsaslanmadan şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri mənasız vaxt itkisindən başqa bir şey deyil!

P.S... "dovrunnabzi.az” olaraq bəzilərinin diqqətinə çatdırırıq ki, "Şərur" MTK-nın sədri, "Şərurlu İsfəndiyar"ın bizim müdafiəmizə ehtiyacı yoxdur.
 





 

Mənzər Qurbanova
Dovrunnabzi.az
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 473

Xəbər lenti