Salyandakı xidmətlər alqışalayiqdir - foto
(11-09-2023, 13:30)
Hörmətli oxucular!
Dövlət başçısı cənab İlham Əliyevin yürütdüyü düzgün siyasət nəticəsində ölkəmizin hər regionu günü-gündən abadlaşmaqdadır. Bu dəfə belə abad rayonlardan biri - Salyan haqqında bəhs etmək istəyirik.
Gəlin əvvəlcə Rayon İcra Hakimiyyətinin başçısı Sevindik müəllimlə tanış olaq:
Hətəmov Sevindik Hacağa oğlu 1963-cü il aprelin 7-də Laçın rayonunun Güləbird kəndində anadan olub. 1980-cı illdə Güləbird kənd orta məktəbini bitirib. 1980-1981-ci illərdə Laçın rayonu Güləbird kənd orta məktəbində çilingər-montyor işləyib.
1981-1986-cı illərdə Azərbaycan Politexnik İnstitutunun Mühəndis- mexanik fakültəsində təhsil almışdır. 1987-ci ildə Laçın rayon Texniki Təhcizat Bazasında mühəndis, 1987-1989-cu illərdə Laçın rayon Texniki Təhcizat Bazasında böyük mühəndis, 1989-1990-cı illərdə Laçın rayon Maddi-Texniki Təhcizat və Mexanikləşdirmə İstehsalat Birliyində mühəndis, 1990-1997-ci illərdə Laçın rayon Təsərrüfathesablı Tikinti Quraşdırma Sahəsində rəis, 1997-1999-cu illərdə "Güzdək" daş karxanasında direktor, 1999-2005-ci illərdə "Güzdək-Günay" firmasında direktor vəzifəsində işləyib.2005-2010-cu illərdə Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Bir müddət Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri olub. 2012-ci ilin mart, aprel aylarında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi, 2012-2016-cı illərdə isə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır .

Azərbaycan Respublikası Prezidentinin 4 mart 2016-cı il tarixli Sərəncamı ilə Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur.
Sevindik Hətəmovun rəhbərliyi altında rayonda vaxtaşırı olaraq vətəndaşların səyyar qəbulu keçirilir. Rayondakı bütün şəhid və qazi ailələri ilə yaxından maraqlanılır. İlin əziz bayramı Novruzda icra başçısının əhalinin içində olması qürurverici təəssüratlar bağışladı.
Bildiyiniz kimi, 2023-cü il Heydər Əliyev ili elan olunub. Məhz bu münasibətlə Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun və Başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəşad Cəbrayılovun təşəbbüsü və iştirakı ilə ağacəkmə aksiyası və rəsm sərgisi keçirilməsi Sevindik müəllimin fəaliyyətinə rəğbət oyadır.
Bildiyiniz kimi, yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. Salyanda icra başçısının göstərişi ilə şəhid və qazi ailələrinin övladlarının məktəb xərci də diqqətdən kənarda qalmayıb. Salyandakı nailiyyətləri sayıb-sadalamaqla bitməz...
Ölkə başçısının etimadını layiqli şəkildə doğrultduğuna görə, Sevindik Hətəmova və İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəşad Cəbrayılova "dovrunnabzi.az" xəbər portalı adından minnətdarlığımızı bildirir, uğurlar arzu edirik.

Ana səhifəyə qayıt
Oxunub: 737
Xəbər lenti
11-09-2023 16:00
11-09-2023 13:00
11-09-2023 11:30
11-09-2023 09:00
04-09-2023 19:30
Ən çox baxılanlar
Seçilənlər