`Araz` dövlətdən oğurlamaqda davam edir... - BUNUN BAŞQA ADI YOXDUR...
(4-09-2023, 16:30)

  

 

 

`Araz` dövlətdən oğurlamaqda davam edir... - BUNUN BAŞQA ADI YOXDUR...

Ölkənin ən iri market şəbəkələrindən biri olan `Araz` supermarketi müştərilərdə narazılıq yaratmaqda davam edir. Bu qəbildən onlarla vətəndaş gileyini təqdim etsək də, görünəni odur ki, "Araz" supermarketlər şəbəkəsi hansısa tədbiri görməkdə maraqlı deyil.

Qeyd edək ki, bu şikayətlər içində ən çox müşahidə olunanı sözügedən marketlər şəbəkəsinin müştəriyə verdiyi çeklərin etibarlı olmaması ilə bağlıdır. Bu da o deməkdir ki, "Araz" SŞ təkcə müştəriləri yox, həm də dövləti aldadır...

Növbəti vətəndaş şikayətini təqdim edirik.

"Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Mayiz Nağıyev adlı istifadəçi yazır: "`Araz` Supermarketinin İnşaatçılar filialına xitab edirəm. Təqdim etdiyiniz kassa çekiniz bu vəziyyətdədir.

Nə QR kod oxunur, nə də Fiskal İD rəqəmlər normal görsənir".

`Araz` dövlətdən oğurlamaqda davam edir...

Qeyd edək ki, daha bibarıçı vəziyyət "Araz" marketin yeni açılan Şıxov filialında müşahidə olunur. Həmin filialın kassa çekləri ümumiyyətlə etibarsızdır...

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 287

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031