Elvin Paşayev şəhid övladını ali məktəbə qəbul olması münasibətilə təbrik etdi - FOTOLAR
(4-09-2023, 14:00)

 

Dövlət İmtahan Mərkəzi (DİM) 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə yerləşdirməsinin nəticələrini elan edib.

Ali təhsil müəssisələrinin tələbəsi adı qazanmış 51941 abituriyent arasında şəhid övladları da var.
Göygöl rayonundan olan vətən müharibə şəhidi Ceyhun Niftəliyevin övladı Niftəliyev Nihat Ceyhun oğlu Dövlət İmtahan Mərkəzi tərəfindən 2023/2024-cü tədris ili üçün bakalavr səviyyəsi üzrə ali təhsil müəssisələrinə aparılan müsabiqənin nəticələrinə görə yüksək nəticə əldə edərək Azərbaycan Tibb Universitetinə qəbul olub.
Bu münasibətlə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev şəhid övladı Nihat Niftəliyevlə yaşadığı evində görüşüb, onu tələbə adını qazanması münasibəti ilə təbrik edib.
Görüşdə şəhidin ailə üzvləri, Göygöl Rayon İcra hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Göygöl rayon üzrə Təhsil sektorunun rəhbəri, Göygöl rayon Texniki-təbiət fənləri təmayüllü liseyin direktoru və Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Göygöl rayon filialının sədri Araz Abbasov iştirak edib. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.
11 illik şagird əməyi, zəhmət və iradəsinin bəhrəsinin RİH başçısı tərəfindən diqqətdən kənar qalmaması olduqca alqışalayiqdir. Görüşdə cənab Elvin Paşayev bildirib ki, şəhid və qazi ailələri, onların övladları dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunur. Çünki şəhid övladları Vətənə əmanətdir. Sonra şəhid övladına xatirə hədiyyəsi təqdim edilib.
"dovrunnabzi.az" olaraq Nihat Niftəleyvin simasında tələbə adı qazanan bütün şəhid övladlarını təbrik edir, gələcək həyatlarında uğurlar arzulayırıq!  

Mənzər Qurbanova



 
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 937

Xəbər lenti