Elvin Paşayevi ikiqat xoş günü münasibətilə təbrik edirik – fotolar
(28-07-2023, 18:00)

Göygöl rayonunda vəziyyət çox dəyişib. İnsanların illərdən bəri gözlədiklərini hazırkı icra başçısı Elvin Paşayev vəzifəsini layiqincə yerinə yetirməkdədir. Bunun üçün yerli sakinlərlə söhbətləşmək də kifayətdir ki, icra başçısına, görülən işlərə hansı qiymət verildiyini müəyyənləşdirmək mümkün olsun.Elvin Paşayevi yaxından tanıyaq:
O, 1983-cü il 27 iyulda doğulub, rta təhsilini Şirvan şəhər M. B. İsrailov adına 18 nömrəli təbiət-humanitar təmayüllü məktəbdə almışdır. 2000-2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində Regionşünaslıq ixtisası üzrə bakalavr təhsilinə yiyələnib.
2004-2005-ci illərdə Azərbaycan Respublikasının Ordu sıralarında qulluq edərək həqiqi hərbi xidmət keçmişdir.
2005-2007-ci illərdə Bakı Dövlət Universitetində magistr təhsili almış, 2007-2009-cu illərdə Dövlət İqtisad Universitetində Maliyyə və Kredit ixtisası üzrə təhsilini davam etdirmişdir. 2021–2022-ci illərdə İsveçin Lund Universitetində “Dövlət sektorunda innovasiya”, “Şəhər idarəetməsində innovasiya və təbiət əsaslı həllər” proqramı üzrə təhsil almışdır. Çin Xalq Respublikası, Polşa Respublikası Lex Kaçinski adına İdarəçilik Akademiyası, Estoniya Respublikası Şərq Tərəfdaşlıq Mərkəzi və s. kimi tədris müəssisələrində təkmilləşdirmə və ixtisasartırma kurslarından məzun olmuşdur. 2021-ci ildə ABŞ-nin Layihələrin İdarəedilməsi İnstitutunun PMP (Layihələrin idarəedilməsi üzrə peşəkar) beynəlxalq sertifikatını əldə etmişdir. 2012-2016-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Bakıxanov adına tarix inistutunun doktorantı olmuşdur.
2003-cü ildə Bakı 1 saylı şəhər Klinik Xəstəxanasında Kadrlar şöbəsində müfəttiş vəzifəsi ilə əmək fəaliyyətinə başlamışdır. 2006-2012-ci illərdə Azərbaycan Respublikası Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyi, Əhalinin Sosial Müdafiəsi Mərkəzində baş məsləhətçi, sonra Nazirliyin Aparatında Kadrlar şöbəsində baş məsləhətçi və sektor müdiri kimi fəaliyyət göstərmişdir. 2012-2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Aparatının İnsan resursları və təlim şöbəsinin müdir müavini, daha sonra şöbə müdiri vəzifəsində çalışmışdır. 2018–2022-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aparatının İnsan resurslarının idarəedilməsi şöbəsinin müdiri və həmin nazirlikdə - Aparat rəhbərinin müavini, İnsan resurslarının İdarə edilməsi və Elm, təhsil və İnsan resursları şöbələrinin müdiri vəzifələrində çalışmışdır. Bununla yanaşı Elvin Paşayev 2014-2019-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyasında saat hesabı müəllim kimi də fəaliyyət göstərmişdir.
Ailəlidir, 3 övladı var.
Hörmətli oxucular!
Azərbaycan sürətli inkişaf yolundadır. Bunun əyani sübutu ölkəmizin iqtisadiyyatının inkişafı, əhalinin maddi rifah halının yüksək həddə çatması, xarici sərmayənin total şəkildə məmləkətimizə axını, habelə, regionların davamlı və analoqu olmayan həddə yüksəlməsidir. Aydın məsələdir ki, bütün bunlar Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı Cənab Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir.
Hazırda Göygölə rəhbərlik edən icra başçısı Elvin Paşayevin Cənab Prezident İlham Əliyevin əmr və tapşırıqlarını operativ və dəqiqliklə yerinə yetirməsi sayəsində rayon gündən günə gözəlləşir və abadlaşır.
Göygöl rayon İcra Hakimiyyəti Başçısı cənab Elvin Paşayev bu rayona başçı təyin olunduğu vaxtdan bəri, Göygölün əksər sahələrində böyük canlanma, dinamik inkişaf müşahidə olunmaqdadır. Rayondan ünvanlanan məktublarda Göygöl RİH-nin başçısı Elvin Paşayevin fəaliyyətinə dair razılıq hisslərinin ifadə olunması ilə yanaşı, rayonda gedən proseslərin saytımızda işıqlandırılması xahişlərinə də tez-tez rast gəlinir.
Regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində bu rayonda da əsaslı yenidənqurma işləri görülür, iri miqyaslı layihələr həyata keçirilir və ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş vəzifələrin maksimum həllinə səy göstərilir.
Bu gün Göygöl rayonunda aparılan abadlıq və quruculuq işləri onu göstərir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanan, bilavasitə rəhbərliyi və nəzarəti ilə həyata keçirilən regional inkişaf proqramları yeni təyin olunmuş icra başçısı tərəfindən uğurla yerinə yetirilir. Yerli imkanlar da dövriyyəyə gətirilmiş, ümumi inkişafın miqyası genişlənmiş, sürəti bir az da artmışdır.
Əziz oxucular!
Bu günlərdə Elvin Paşayevin Rayon İcra Hakimiyyətinə başçılıq fəaliyyətinin birinci ili tamam oldu. Bu tarix təqvimdə həm də cənab başçının ad gününə təsadüf etdiyi üçün diqqətimizi çəkən bir məqam oldu. Belə ki, gənc başçı özünün özəl gününü hər hansı bahalı restoranda, vəzifəli şəxslərlə deyil, məhz QAZİLƏRLƏ elə rəhbərlik etdiyi idarədə qeyd etməsi özlüyündə çox təqdirəlayiq haldır. Ad gününə məxsus tortu qazi qardaşlarla birlikdə kəsən icra başçısı, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin (QƏQİB) Göygöl rayon filialının rəhbəri Araz Abbasov tərəfindən Fəxri Fərmanla təltif edilib.
Sözü çox uzatmadan Göygöl RİH-nin başçısı cənab Elvin Paşayevi dovrunnabzi.az Azərbaycan xəbər portalının kollektivi adından ikiqat şad günü münasibətilə səmimi qəlbdən təbrik edir, cansağlığı diləyirik.






Ana səhifəyə qayıt
Oxunub: 3 357
Xəbəri paylaş
Xəbər lenti
11-07-2025 18:00
Ən çox baxılanlar