Göygöldə cənab başçı və QƏQİB-in sədri Şəhidlər Xiyabanını ziyarət edib - fotolar
(19-07-2023, 18:00)

Hörmətli oxucular!
Göygöl rayon Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin (QƏQİB) sədri Araz Abbasov hər zamankı kimi qazilərlə birlikdə Şəhidlər Xiyabanını hörmət və ehtiramla ziyarət edib.
Bu dəfəki ziyarətdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevin də iştirak etməsi olduqca təqdirəlayiq haldır.
Göygöl RİH-nin başçısı Elvin Paşayev və QƏQİB-in rayon filialı sədri Araz Abbasov öncə inzibati binanın qarşısındakı Ulu Öndər Heydər Əliyevin abidəsi önünə çiçək qoyduqdan sonra Şəhidlərin müqəddəs ruhunu ziyarətə yollanıb. Burada qələbəni bizə bəxş edən şəhidlərin ruhuna dualar oxunub.
Cənab başçının rayonda keçirilən bütün tədbirlərdə çıxışında dönə-dönə vurğuladığı kimi, Qazi və Şəhid ailələrini unutmamaq hər bir vətəndaşın ümdə borcudur.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Bildiyiniz kimi, 2023-cü il “Heydər Əliyev ili” elan olunub. Bu münasibətlə, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevi və Göygöl rayon Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin (QƏQİB) sədri Araz Abbasovu redaksiyamız adından səmimi qəlbdən təbrik edir, işlərində uğurlar arzulayırıq.







Mənzər Qurbanova,
dovrunnabzi.az
Ana səhifəyə qayıt
Oxunub: 717
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər