Qubada şəhid Ümüdün Mövlud günü — fotolar
(16-07-2023, 09:56)

Qubada şəhid Ümüdün  Mövlud günü keçirildi. Nur üzlü Şəhidmiz Məxluqə  ana illər öncə bir oğlunu, sonra həyat yoldaşını itirib. Allah rəhmət eləsin. Bir oğlu torpaqlarımızın azadlığı uğrunda vuruşaraq qəhrəmancasına Şəhid olub. Cənnətdədir İnşallah. Ananın tək qız övladı var. Məxluqə ana öz çıxışında beş oğlum olsa idi, yenə də Vətənə xidmətə göndərərdim, söylədi. Bəli, belə qəhrəman anaların da igid, qeyrətli oğulları olar. Necə deyərlər, ot kökü üstə bitər.. Allah cəmi şəhidlərmizin ruhunu şad eləsin.  Allah şəhid valideyinlərə səbr versin. İnşallah. İsti münasibətə görə var olun, əziz Qubalılar. Bu tədbirə bizi aparan Şəhid  idmançı, Fateh Sübhanın anası Mehriban xanıma, şəhid, idmançı, Fateh, evin yeganə övladı Eminin anası Məlahət xanıma və Eminin gözəl xalası Şücayət xanıma dərin təşəkkürümü bildirirəm. Allah sizlərdən razı olsun dəyərli, qeyrətli  analar.

Arzu Hüseynova,

FATEHLER.AZ MMC-nin Təsisçi və Baş Redaktoru,


Cudo üzrə idman ustası, məşqçi-müəllim






шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 152

Xəbər lenti