Rus qızlar daha çox Türk kişilərinə ərə getməyə üstünlük verir...-TƏHLÜKƏ, YOXSA?..
(22-09-2020, 14:30)
Moskvada ailə qurmaya hazırlaşan rus xanımlar digər xarici ölkələrin təmsilçilərindən daha çox həyat yoldaşları olaraq Türkiyə vətəndaşlarını seçirlər.
Bunu paytaxtın Vətəndaş Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsinin statistikası sübut edir.
Həmin məlumatlara görə, ilin əvvəlindən bəri Moskvada yerli qadınlar ilə Türkiyə vətəndaşları arasında 81 nikah bağlanmış və bu da Türkiyəyə bir növ birinci yeri verir.
Nigeriyadan olan bəylər populyarlıq baxımından ikinci yerdə (63 evlilik), vyetnamlılar (54) və amerikalılar(47) isə müvafiq olaraq üçüncü və dördüncü sırada qərarlaşırlar.
Moskvalı rus kişilərə gəlincə, burada statistikalar fərqlidir. Müsəlman ölkələrinin xanımları milli və dini ənənələrə görə yalnız çox nadir hallarda ruslarla evlənir. Sonuncular isə ən çox yunan(66 nikah), vyetnamlı(50) və nigeriyalı qadınlara(15) üstünlük verirlər.
P.S. Rus qadınların Türkiyə, ümumiyyətlı, digər türksoylu ölkə kişilərinə meylinin çox olmasında siyasi baxımdam bir az müsbət cəhətlər olsa da, bunun mənfi tərəfi daha çoxdur. Əvvəla, başqa millət nümayəndələri ilə evlilik xalqlarımızın genefeondunun zədələnməsinə gətirib çıxarır. İkinci də qadınlar gec-tez ölkələrin siyasi idarəçiliyinə meydan oxumağa başlayırlar. Məgər Osmanlı dövlətinin evini bir yandan da Sultan saraylarında çoxluq təşkil edən slavyan qadınlar yıxmadı... Elə Azərbaycanın sovet dövründən bəriki və konkret bugünkü taleyində də bu amil böyük rol oynayır...
Ana səhifəyə qayıt
Oxunub: 106
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər