Fövqaladə Hallar Nazirliyinin Maddi Texniki Təchizat İdarəsi: YE Kİ YEYƏSƏN.. . - TƏFTİŞ VAXTIDIR...
(7-05-2023, 10:30)

Fövqaladə Hallar Nazirliyinin Maddi Texniki Təchizat İdarəsində yoxlamalar aparılır.
Yoxlamaya səbəb Maddi Texniki Təchizat İdarəsində böyük yeyintilərin olmasıdır.
Maddi-Texniki Təchizat İdarəsi Fövqaladə Hallar Nazirliyinin Mərkəzi aparatının və tabeliyində olan qurumların maddi-texniki təchizatını, maddi-texniki vasitələrin saxlanılması və istismarına nəzarəti həyata keçirir. İdarə bu məqsədlə hər il milyonlarla manat həcmində dövlət satınalmaları sifariş edir.
Yerli mediada dərc olunan və təkzib olunmayan məlumatlara görə Amal Teymurov da dəbdəbəli həyat yaşayan məmurlardandır. Aylıq məvacibi 2000 manat civarında olan Amal Teymurovun Bilgəh qəsəbəsində milyon manatdan artıq dəyəri olan malikanəsinin olduğu deyilir.
Xatırladaq ki, 1984-cü il təvəllüdlü Amal Teymurov uzun illərdir ki, Fövqaladə Hallar Nazirliyinin Maddi Texniki Təchizat İdarəsinin rəisidir.
Fövqaladə Hallar Nazirliyi xəbərə mövqe bildirmədi.
Ana səhifəyə qayıt
Oxunub: 122
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər