Ağalar müəllim deputatdır... hər halda məhkəmədə onun SÖZÜ KEÇƏR... - Burası AZƏRBAYCANDIR!
(4-07-2023, 22:00)

Bakı şəhərində boş torpaq sahəsi görən kimi bina inşa edən və haqqında yüzlərlə şikayət olan “Kristal Abşeron” MTK vətəndaşı evindən çıxarır.
“Kristal Abşeron” vətəndaş Məmmədova Sevdaya qarşı məhkəmədə iddia qaldırıb. MTK-nın məqsədi vətəndaşı evindən didərgin salmaq, əmlakını əlindən almaqdır.
“Kristal Abşeron” vətəndaşla bağlanmış müqavilənin ləğvini və S.Məmmədovanın mənzildən çıxarılmasını tələb edir.
İşə hakim Günel Tanrıverdiyevanın sədrliyi ilə baxılacaq. Növbəti proses 7 iyul tarixinə təyin edilib.
Millitv.az xatırladır ki, sözügedən şirkət deputat Ağalar Vəliyevə məxsusdur. Ağalar Vəliyevin isə məhkəmədəki gücünə hər kəs şahiddir... Burası Azərbaycandır axı...
Ana səhifəyə qayıt
Oxunub: 107
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər