Xarici İşlər Nazirliyi tanınmış jurnalistə təşəkkür etdi
(21-09-2020, 14:00)
Gənc və tanınmış jurnalist Leyla Şahın Azərbaycan Xarici Səfirlərin Gözü ilə kitabı çapdan çıxıb.
Kitabda Fransa, Argentina,Cənubi Koreya, Misir, Hindistan, Səudiyyə Ərəbistanı Xorvatiya, Çexiya Respublikası kimi avropa və dünya ölkələrinin Azərbaycandakı hazırki səfirlərinin həmçinin BMT USAID kimi təşkilatların Azərbaycandakı rəhbər şəxslərinin Azərbaycanla bağlı fikirləri yer almaqdadır.Həm Azərbaycan, həm də İngilis dillərində çap olunan diplomatik, eyni zamanda da, siyasi çəkisi olan bu kitabda ölkələrarası münasibətlər fonunda xarici səfirlərin və onların təmsil etdikləri dövlətlərin Azərbaycanın bugünkü inkişafına olan münasibətləri yer alır.
Kitabla bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti tanınmış jurnalist Leyla Şaha təbrik və təşəkkür məktubu ünvanlayıb.
DOVRUNNABZİ.az kollektivi olaraq biz də bir daha gənc journalist Leyla Şahı təbrik edir və Xarici İşlər Nazirliyi tərəfindən ona ünvanlanılan təbriki oxucularımıza təqdim edirik:
“Azərbaycan xarici səfirlərin gözü ilə” adlı kitabınıza dair
Hörmətli Leyla xanım,
İlk öncə “Azərbaycan xarici səfirlərin gözü ilə” adlı kitabınızın işıq üzü görməsi münasibətilə sizi təbrik edir, bir nüsxəsini də bizə hədiyyə etdiyiniz üçün sizə təşəkkürümüzü bildiririk.
Kitabınız müxtəlif ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirlərinin və diplomatlarının ölkəmiz barəsində fikirləri, ikitərəfli əlaqələrimizlə bağlı düşüncələri və gələcək planları barədə məlumat almaq baxımından həm çox maraqlı, həm də faydalıdır. İnanırıq ki, kitabınız oxucular tərəfindən maraqla qarşılanacaqdır.
Sonda sizə dəyərli hədiyyəniz üçün bir daha təşəkkür edir və uğurlarınızın davamını diləyirik.
Hörmətlə,
Leyla Abdullayeva
Azərbaycan Respublikası
Xarici İşlər Nazirliyinin
Mətbuat Xidmətinin rəhbəri
Ana səhifəyə qayıt
Oxunub: 99
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər