Jirinovski Leninin nəşini yandırmağı təklif etdi
(19-09-2020, 16:30)






Rusiyanın Liberal Demokrat Partiyasının (LDP) lideri Vladimir Jirinovski SSRİ-nin qurucusu Vladimir Leninin cəsədinin məqbərədən çıxarılıb kremasiya edilməsini təklif edib.

Partiya sədri bu fikri amerikalı rəssam Devid Datunun Lenini qalıqlarını 1 milyon dollara alıb Vaşinqtona köçürməyə hazır olduğunu elan etməsindən sonra səsləndirib.

Jirinovskinin sözlərinə görə, Leninin məzarının hissə-hissə ABŞ-a aparılmasına razı olardı. Siyasətçi onu da qeyd edib ki, təklif olunan məbləği kifayət qədər böyük hesab edir və təklif sərfəlidir.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 88

Xəbər lenti