“Generalların təmas xəttinə səfərləri hər şeydən öncə ona görə əhəmiyyətlidir ki...”
(18-09-2020, 18:09)


 
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinə səfər edib.

 

Maraqlıdır, ali hərbi rəhbərliyin sərhəd zonasına bu cür səfərləri hərbçilərin döyüş hazırlığına, psixologiyasına necə təsir göstyərir? Bu səfərlərin önəmli tərəfi nədən ibarətdir?

 

Moderator.az-a açıqlama verən hərbi ekspert Azad İsazadə belə səfərlərin bir çox baxımdan mühüm əhəmiyyət kəsb etdiyini bildirdi:

 

“Ümumiyyətlə, yüksək rütbəli hərbçilərin cəbhə zonasına, sərhəd xəttinə səfərləri xüsusi əhəmiyyətə malik məsələdir. Çünki digər yerlərdən fərqli olaraq, orada hər zaman təhlükə var. Cəbhə bölgəsinə yüksək rütbəli zabitlər, generallar səfər edəndə, o zaman əsgərlər özlərini daha arxayın hiss edirlər. Əsgərlər anlayır ki, onlar səngərdə tək oturmayıblar. Əsgərlər genaralı görməslər də bilirlər ki, o, hardasa buralardadır. Bu düşüncə ona güvən verir. Əsgər başa düşür ki, onunla maraqlanırlar, onu düşünürlər və s.

 

Bu səfərlərin bir əhəmiyyəti də ondan ibarətdir ki, həmin səfərlər zamanı hər yerə - yeməkxanaya da, əsgərlərin yatdığı yerə də və s. baxış keçirirlər. Adətən bu cür səfərlərdən sonra nə isə bir yenilik baş verir. Bu baxımdan generalların ön xəttə səfərləri olduqca əhəmiyyətlidir.

 

Qazax ərazisi Qazax sərhəd diviziyası tərəfindən qorunur. Qazax Tovuza yaxındır. Gələcəkdə istisna olunmur ki, Tovuz da tam şəkildə Sərhəd Qoşunlarına verilsin. Ola bilsin ki, gələcəkdə Azərbaycan-Ermənistan sərhəddini tamamilə ancaq sərhədçilər qorusun. Hansı ki, bunun baş verməsini məntiqli hesab edirəm”.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 92

Xəbər lenti