Rasim Məmmədovun xanımı “Baku Steel Company”ni məhkəməyə verdi - TƏFƏRRÜAT
(16-05-2023, 12:00)



“Baku Oksford Skul” Tam Orta Ümumtəhsil Məktəbi MMC “Baku Steel Company” MMC-yə qarşı qaldırdığı məhkəmə iddiası üzrə iclas keçirilib və növbəti məhkəmə prosesi may ayının 30-na təyin olunub.

dovrunnabzi.az Yeniavaz.com-a istinadla xəbər verir ki, məhkəmə prosesi Bakı Kommersiya Məhkəməsinin hakimi Nərmin Əhmədovanın sədrliyilə keçirilir.

Bildirilir ki, iddia əmlak tələbi üzrə qaldırılıb.

Qeyd edək ki, “Baku Oksford Skul” məktəbi hazırda həbsdə olan MMC “Baku Steel Company” MMC-nin sabiq rəhbəri Rasmi Məmmədovun həyat yoldaşına məxsusdur.

Onu da bildirək ki, Rasim Məmmədovun ailə üzvləri eyni səbəbdən DTX-ya qarşı da məhkəmə iddiası qaldırmışdılar.
Xatırladaq ki, “Baku Steel Company” MMC-nin Müşahidə şurasının sədri Rasim Məmmədov 2021-ci ilin yanvar ayında DTX tərəfindən saxlanılıb.

Rasim Məmmədov Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 76

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031