Ermənistan niyə vəziyyəti gərginləşdirməyə çalışır?
(12-05-2023, 15:00)
Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini atəşə tutması vəziyyəti növbəti dəfə vəziyyəti məqsədli şəkildə gərginləşdirmək məqsədi daşıyır.
Qarşı tərəfdən açılan atəş nəticəsində Azərbaycan hərbçisinin yaralanması Ermənistanın snayperlərdən istifadə etməsini, əraziyə snayperlərin cəlb olunmasını və deməli, təxribatın məqsədli şəkildə törədildiyini bir daha sübut edir.
Əslində rəsmi İrəvanın növbəti dəfə vəziyyəti gərginləşdirməsində məqsəd Azərbaycanı hər hansı addımlara məcbur etmək, son nəticədə vəziyyəti gərginləşdirməkdə və ya guya təcavüzdə ittiham etməkdir. Ermənistan hakimiyyəti artıq neçənci dəfədir ki, bu uğursuz üsula əl atır.
Regionda yeni hərbi qarşıdurmaya çalışan Ermənistanın dərhal zərbə dronlarından istifadə etməsi əvvəlcədən hazırlanmış planın tərkib hissəsi idi.