"O, ictimai həyata bir məktəb müəllimi kimi başladı, amma bu dünyadan millət müəllimi kimi köçdü"
(18-09-2020, 15:00)

Millət onu həmişə xatırlamalı, yad etməli, dəyər verməli və özünü Üzeyir bəyə kökləməlidir”.
Bunu açıqlamasında professor Qulu Məhərrəmli dahi bəstəkarın yaradıcılığı haqda danışarkən deyib. O, Üzeyir bəyi Azərbaycan xalqını ifadə edən düha adlandırıb:
“Üzeyir Hacıbəyov bu xalqın minilliklər ərzində ərsəyə gətirdiyi ən qüdrətli şəxsiyyətlərdən biridir. Tam ensiklopedik bilik sahibi olmaqla yanaşı, bu millətin formalaşmasında, bir çox dəyərlərə yiyələnməsində önəmli rol oynayıb. Ü.Hacıbəyov ictimai həyata bir məktəb müəllimi kimi başladı, amma bu dünyadan millət müəllimi kimi köçdü. O, Azərbaycan xalqının ruhunun ifadəçisidir. Həm söz, həm də musiqi diliylə bu xalqın ruhunun tərcümanıdır. Onun Azərbaycanda Sovet hakimiyyəti qurulana qədər göstərdiyi fəaliyyəti bir mərhələdir. Sovet dövründə onun musiqi yaradıcılığı, Azərbaycan musiqisinin nota salınması, musiqi mədəniyyətinin əsasını yaratması istiqamətində böyük xidmətləri var. Üzeyir bəy bizim üçün qiymətlidir və bu millətin əsas mənəvi dayaqlarından biridir. Nə qədər ki, bu millət, “Koroğlu” operası, üverturası var, Ü.Hacıbəyov yaşayacaq. Üzeyir bəyin həyatı millətə xidmət nümunəsidir. Hələ Qori Müəllimlər Seminariyasında oxuyanda onlara inşa yazdırırlar və sual verilir ki, müəllimliyi bitirəndən sonra nə iş görəcəksiniz? Üzeyir bəy deyir yazdım ki, “Seminariyanı bitirəndən sonra xalqımın dilində dərsliklər yazacam”. Yəni hələ adamın 18-19 yaşı olanda onun proqramı məlum idi ki, o, bu millətə xidmət edəcək. Ona görə bu gün Üzeyir Hacıbəyov Azərbaycan xalqını ifadə edən böyük düha sahibidir. Millət onu həmişə xatırlamalı, yad etməli, dəyər verməli və özünü Üzeyir bəyə kökləməlidir”.
Qeyd edək ki, bu gün dahı bəstəkar Üzeyir Hacıbəyovun doğum günüdür.
Ana səhifəyə qayıt
Oxunub: 94
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər