Milli iftixarımız Heydər Əliyev – 100
(6-05-2023, 16:32)

  
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ictimai münasibətlərin xarakterinin dəyişməsi, hüquqi dövlət quruculuğu həуаtımızın bütün sahələrində olduğu kimi, hüquqi sahədə də demokratik islahatların həyata keçirilməsini zəruri etmişdir.
Ümummilli liderin Azərbaycanda rəhbərliyə gəlişi, eyni zamanda cəmiyyətdə hüquqi münasibətlər sisteminin xarakterində pozitiv dəyişikliklərə səbəb olmuş, cəmiyyətdə hüquqi təfəkkürün, hüquqi düşüncə tərzinin, hüquqi mədəniyyətin, ümumilikdə, hüquq elminin inkişafının keyfiyyətcə yeni mərhələsi başlanmışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Komissiyasının yaradılması və əfvetmə institutunun bərpası da ulu öndər Heydər Əliyevin adı ilə bağlıdr. Məhz bu humanizmin nəticəsidir ki, respublikamızda əfv fərmanlarının imzalanması, məhkumların bağışlanması müsbət ənənəyə çevrilmişdir. Heydər Əliyevin 1993-cü ildən tətbiqinə moratorium qoyduğu ölüm hökmü 1998-ci il fevralın 10-da tamamilə ləğv edilmiş, Azərbaycan bütövlükdə Şərqdə bu qətiyyətli və tarixi qərarı verən ilk ölkə olmuşdur.
Ümummilli lider Heydər Əliyevin ölkədə demokratiyanın inkişafı baxımından ən böyük xidmətlərindən biri də məhkəmə orqanlarının müstəqilliyinin təmin edilməsi, hüquq-mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsidir. Ulu öndərin 1998-ci il 1 dekabr tarixdə imzaladığı "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsi barədə fərmanı respublikamızda yeni məhkəmə sisteminin formalaşmasına mühüm töhfə olmuşdur.

Ədliyyə işçilərində mənəvi stimul yaradılması və tarixi irsin qorunması məqsədilə ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün - 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən olunmuşdur.
Məhz ümummilli liderimizin başladığı islahatların nəticəsidir ki, müasir Azərbaycan ədliyyəsinin inkişafı davamlı prosesə çevrilmiş, onun təməlini qoyduğu hüquqi islahatlar bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir.

Milli iftixarımız, Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyev dövrümüzün siyasi nəhənglərindən biri kimi müasir dünya tarixində əbədiyaşarlıq haqqı qazanmışdır. Azərbaycanlılar üçün o müasir Azərbaycan dövlətinin qurucusu, xalqın ən böyük təəssübkeşi və öndəridir. Qüdrətli şəxsiyyəti ilə seçilən qeyri-adi siyasi istedada malik ulu öndəri xalqa bağlayan tellər polad kimi möhkəm idi. H.Əliyev öz əməlləri, fəaliyyəti ilə tarix yaradan nadir şəxsiyyətlərdəndir. Onun özü haqqında söylədiyi bir fikir şəxsiyyətinin parlaqlığına ən gözəl nümunədir: “Mən balaca bir evdə, zəhmətkeş ailəsində, yaz günü dünyaya göz açmışam. Doğulanda yəqin ki, beş-on, uzağı otuz-qırx nəfər sevinib. İndi bəlkə də qeyri-təvazökar səslənsə də, deməliyəm ki, anam məni bütövlükdə Azərbaycanımız üçün dünyaya gətirib. Doğma canım, varlığım qədər sevdiyim Azərbaycan mənim qibləgahımdır. Bütün şüurlu ömrümü də onun işıqlı sabahları uğrunda qurban verməyə hazıram”.
Hər bir xalqın özünün xilaskarlıq tarixinə iz qoymuş tarixi şəxsiyyətləri olur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, müdrik dövlət xadimi kimi düşüb. Ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu, irsi tükənməz məktəbdir. Məhz Azərbaycan xalqının ağır günlərində ölkə rəhbərliyinə qayıdaraq müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli-azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı öz üzərinə götürdü. İtirilməkdə olan Azərbaycanı azərbaycanlılara qaytardı. Bu “Ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyərək meydana atılan uzaqgörən siyasətçinin Vətəni qarşısında misilsiz fədakarlığı idi. Xalqımız günü-gündən gözəlləşən Azərbaycanın müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir. Gənclərimiz bu zəngin irsi öyrənməli və Azərbaycanın qurucusu olan Ümumilli lideri heç zaman unutmamalıdır. Heydər Əliyevin irsinin təbliği məqsədi ilə hər birimiz əlimizdən gələni etməliyik.
2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında sərəncam imzalayıb. Heydər Əliyev İli çərçivəsində artıq silsilə tədbirlər təşkil edilir, fərqli layihələr icra olunur.
Bu gün Heydər Əliyevin getdiyi haqq yolunu, ədalər yolunu, onun layiqli davamçısı gedir, və bu yolda hər birimiz dəmir yumruq kimi birləşərək dövlət başçımızın ətrafında sıx birləşmişik.
Uzaqgörən siyasətçi, Azərbaycan xalqının Ümummilli Lideri, Heydər Əliyevə İtirilməkdə olan Azərbaycanı azərbaycanlılara qaytardığı üçün hər zaman minnətdar olacağıq. Həm də hər zaman ona görə minnətdar olacağıq ki, memarı olduğu Azərbaycan etibarlı əllərdədir, dövlətimiz bu gün onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daha da qüdrətlənib, daha da gözəlləşib.
Heydər Əliyevin “Xalqla ordunun birliyi həm xalqın qüdrətini artırır, həm də ordunu daha qüvvətli edir” kəlamı bu gün də öz qüvvəsini saxlayır.
Ruhun şad olsun, həmişəyaşar ŞƏXSİYYƏT!

Asiman Quliyev,
Samux rayonu İcra və Probasiya Şöbəsinin rəisi
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 322

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031