Azərbaycanda məhdud buraxılan bu xalçalar 2700 manata satılacaq
(6-05-2023, 10:16)

 
Bu gün “Heydər Əliyev 100” adlı xatirə xalçasının təqdimat mərasimi keçirilib.
ASC sədri açıqlamasında bildirdi ki, məhdud sayda buraxılan bu xalçaların dəyəri ƏDV nəzərə alınmadan 2700 manat təşkil edir: "Əminəm ki, bu xalçalar gələcəkdə hərraclarda satılacaq və muzey kolleksiyalarında taqdim olunacaq olunacaq.
Qeyd edək ki, xalçanın ideya müəllifi Əməkdar artist Tahir İmanovdur:

“Heydər Əliyev- 100” xatirə xalçasının ərsəyə gəlməsində Əməkdar İncəsənət xadimi Emin Məmmədovun başçılığı ilə  “Azərxalça” ASC yaradıcı kollektivi və müəssisənin regionlarda yerləşən emalatxanaları toxucularının rolu var. Bu özəl 100x100 ölçüsündəki yun xalça yalnız 100 nüsxədə toxunub. Xalçanın üzərində Azərbaycanın bölgələrinə xas  xalça növlərinin göstərildiyi xəritə, milli liderin hər zaman sevə-sevə səsləndirdiyi Səməd Vurğunun "Azərbaycan" şeirindən sətrlər, Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” sözləri  və onun 3D formatında imzası yer alır. Xalça təqdim olunduğu gündən etibarən satışa çıxarılacaq və bu seriya bir daha istehsal olmayacaq.
Qeyd edək ki, bu gün - mayın 5-i “Xalçaçı günü”ndə  Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı “Azərxalça” ASC-nin  “Can Azərbaycan” MMC ilə birlikdə Azərbaycan xalqının Ümummilli lideri, Heydər Əliyevin 100  illik yubileyi ilə bağlı mötəbər tədbir və xalça təqdimatı baş tutub. шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 169

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031