Kartof qızartması bu halda depresiyaya səbəb olur
(2-05-2023, 17:30)

 
Həddindən artıq kartof qızartması yemək depressiya və narahatlığı artıra bilər.
Kartof qızartması tez-tez yemək psixi sağlamlığa birbaşa təsir edir.
Çinli tədqiqatçılar qızartmanın 12% narahatlıq, 7% isə daha yüksək depressiya riski ilə əlaqəli olduğunu və bunun daha çox gənc kişilərə təsir etdiyini aşkar ediblər.
Belə ki, 11 il ərzində 140 mindən çox insanın qızardılmış yemək istehlakı narahatlıq və depressiya arasında əlaqə olduğunu ortaya qoyub.
Ümumilikdə, 12,735 depressiya və 8,294 narahatlıq halı müəyyən edilmişdir ki, bu da gənclərin daha çox risk altında olduğunu göstərir.
Qızardılmış kartof istehlakının qızardılmış ağ əti yeməkdən 2% daha çox depressiya riskinin olduğu aşkar edilib.
Qeyd edək ki, ötən il dekabrın əvvəlində nəşr olunan ayrı bir araşdırmada gündəlik qızardılmış qida yeyən gənclərin idrak qabiliyyətinin böyüklərə nisbətən azaldığını qeyd edilib.шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 171

Xəbər lenti