Şüvəlan-Mərdəkan yolunda "Qruntavoy" yola boya vurublar, üstünə də velosiped şəkli çəkiblər" - FOTO
(1-05-2023, 17:46)

Şüvəlan-Mərdəkan yolunda çəkilmiş velosiped yolu tənqid olunub.
Bu barədə sosial şəbəklərdə fotolar paylaşılıb.Bildirilir ki, bu yol nahamar olduğundan velosiped istifadəsi üçün yararlı deyil: "Ancaq dağ-dərədə velosiped sürənlər üçündür, kələ-kötürdür, sanki "qruntavoy" yola qırmızı boya vurublar, üstünə də velosiped şəkli çəkiblər".Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirildi ki, Şüvəlan-Mərdəkan yolundakı 8.2 km-lik velosiped yolu ilə bağlı layihə işləri BNA tərəfindən hazırlanıb: "Yolun tikinti-quraşdırma işləri eləcə də digər buna aid məsələlər icraçı tərəfindən həyata keçirilir".
Araşdırmamız zamanı məlum oldu ki, layihənin icraçısı "Bakı Abadlıq Xidməti" MMC olub.
Şirkətdən isə sorğumuza hər hansı bir cavab verilmədi.
Ana səhifəyə qayıt
Oxunub: 216
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər