Şəkidə 5 avtomobil toqquşdu: Xəsarət alan var
(28-04-2023, 13:30)

Şəkidə baş vermiş zəncirvari qəzada xəsarət alan var.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, bu gün səhər saat 09:35 radələrində Şəki şəhəri M.Müşviq küçəsində 5 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində avtomobillərə ziyan dəyib və yolun kənarındakı piyada, 1986-cı il təvəllüdlü Şəki şəhər sakini Polad Əmrahov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Piyada xəstəxanaya yerləşdirilib və hazırda müalicəsi davam etdirilir.
Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.
Ana səhifəyə qayıt
Oxunub: 138
Xəbəri paylaş
Xəbər lenti
11-07-2025 18:00
Ən çox baxılanlar