AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Milli Məclisin komitə və komissiyasının birgə iclasında iştirak edib
(17-09-2020, 17:31)

Sentyabrın 17-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İntizam komissiyasının birgə iclası keçirilib. İclasın gündəliyinə Milli Məclisin İntizam komissiyasının Əsasnaməsinin layihəsi haqqında məsələ daxil edilmişdi. Layihə 9 maddədən ibarətdir.
Burada ümumi müddəalar, intizam komissiyasının təşkili, səlahiyyətləri, komissiyanın iclaslarının aparılma qaydaları, komissiya üzvlərinin hüquqları və vəzifələri, barəsində araşdırma aparılan deputatın hüquqları və vəzifələri, müraciətlərə, təqdimatlara və məlumatlara baxılması qaydası və müddətləri, komissiyanın fəaliyyətinin təmin edilməsi və digər məsələlər öz əksini tapmışdır.
AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev birgə iclasın işində iştirak və çıxış etmiş, Əsasnamə layihəsi barədə öz fikirlərini bildirmiş, təkliflərini vermişdir.
aia.az
Ana səhifəyə qayıt
Oxunub: 169
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər