Azərbaycanda “Nifrət dili haqqında” qanun qəbul olunacaq
(17-09-2020, 17:27)
Milli Məclisin İnsan hüquqları komitəsinin payız sesiyasının işlər planı məlum olub.
“Report” xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc məlumat verib.
O bildirib ki, 3 yeni qanun layihəsi ilə bağlı müvafiq qurumlarla birgə müzakirələr aparılır:
“Nifrət dili haqqında” qanunun qəbul edilməsi ilə bağlı dinləmələrin keçirilməsi nəzərdə tutulub. Düşünürəm ki, buna çox ciddi ehtiyac var. “Diaspor fəaliyyətinin tənzimlənməsi haqqında” qanun layihəsinin üzərində iş gedir. Düşünürəm ki, payız sessiyasında bu qanun qəbul ediləcək. Bundan əlavə, Vəkillər Kollegiyası ilə birgə ictimai dinləmələrin keçirilməsi nəzərdə tutulub”.
Ana səhifəyə qayıt
Oxunub: 95
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər