DİQQƏT: Bu oyuncaqlar uşaqların tərbiyəsini POZA BİLƏR - FOTO/VİDEO
(17-09-2020, 13:06)
Hazırda dünyanın ən çox satılan oyuncaqlarından olan “LOL Surprise!” kuklaları valideynlər üçün həqiqətən də sürprizə çevrilib. Belə ki, onlardan bəzilərini suya salanda əyinlərində paltar əvəzinə böyüklər üçün gecə paltarları ortaya çıxır.
Bu barədə “Daily Mail” məlumat yayıb.
Qeyd edək ki, bu oyuncaqlar satılarkən hansı geyimdə olacağı sürpriz olur. İndi isə məlum olur ki, onların paltarlarını çıxardıb suya salanda əyinlərində əlavə geyim ortaya çıxır və bu heç də həmişə uşaqlar üçün nəzərdə tutulan geyimlər olmur.
Valideynlər bununla bağlı narazılıqlarını bildiriblər. Onlar sosial şəbəkələrdə videolar paylaşaraq, oyuncaqların seksualizasiyasına etiraz ediblər.
Ana səhifəyə qayıt
Oxunub: 93
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər