Günay Ağamalının təkzib-açıqlaması
(19-04-2023, 12:00)

Hörmətli oxucular!
Ötən gün saytımızda dərc olunan "Millət vəkilinin qızının yazısı copy-paste çıxdı" sərlövhəli yazıya görə, redaksiyamıza çox keçmədən yazıda imzası qeyd olunan Günay xanım tərəfindən açıqlama gəldi.
Təkzib-açıqlamanı olduğu kimi təqdim edirik:
"Mənə göstərdiyiniz diqqətə görə sizə təşəkkürümü bildirirəm. Təəssüf hissi ilə bildirirəm ki, "Ana Vətən" qəzetində gedən - Zəfərin ilk müjdəsi: Azərbaycan əsgərinin “Aprel dərsləri” adlı yazının müəllifi mən deyiləm. Qəzetin baş redaktoru Məhəmməd Sadıqov (Nərimanoğlu) tərəfindən mənim icazəm olmadan həmİn yazıya imzamın qoyulmasını qətiyyətlə pisləyir, sizdən təkzibimin saytınızda işıqlandırılmasını rica edirəm.
Bir daha təşəkkürümü bildirirəm.
Günay Ağamalı
19 Aprel 2023 - cü il
Ana səhifəyə qayıt
Oxunub: 223
Xəbəri paylaş
Xəbər lenti
11-07-2025 18:00
Ən çox baxılanlar