Fitrə zəkatının miqdarı nə qədərdir və necə çıxarılır?
(14-04-2023, 20:00)
Artıq müqəddəs Ramazan ayının son günlərini yaşayırıq. Duaların qəbul olunduğu, günahların bağışlandığı Ramazan ayı fitrə zəkatı kimi vacib əməllə başa çatır.
Fitrə zəkatı Yaradana şükrün bir ifadəsi və canın sədəqəsi hesab olunur. Bir ay boyunca nəfsini, gözünü və dilini sınağa çəkənlər müqəddəs ay bitmədən Ramazanın son vacib əməlini də yerinə yetirirlər.
Bəs fitrə zəkatının miqdarı nə qədərdir? Kimlər fitrə verməlidir?
S. Məmmədli həmçinin fitrə zəkatı verməyin qaydasını açıqlayıb: “Bayram gecəsi təzə ayın əvvəli olması subuta yetdikdən sonra, adam başına 3 kq buğda, arpa, un, xurma və.s ərzaqların qiyməti hesablanaraq çıxarılır. Minimum 5-10 manat civarında müəyyən edilir. İnsan bunu bazardaki qiymətlə də tənzimləyə bilər. Bir insanın maddi imkanı geniş ola bilərsə, müəyyən olunmuş məbləğdən artıq verə bilər. Sevindiyimiz zaman deyil, sevindirdiyimiz zaman, geyindiyimiz zaman deyil, geyindirdiyimiz zaman, yediyimiz zaman deyil, yedirdiyimiz zaman bayram bayram olur. Ömrü Ramazan olanın axirəti bayram olar”.Qeyd edək ki, Ramazan bayramı 21-22 aprel tarixlərinə təsadüf edir.
Ana səhifəyə qayıt
Oxunub: 164
Xəbəri paylaş
Xəbər lenti
11-07-2025 18:00
Ən çox baxılanlar