Qaraşov İSTEFA ƏRİZƏSİ YAZIB... - İDDİA
(12-04-2023, 15:30)

Lənkəran rayonunun icra başçısı Taleh Qaraşov ötən həftə Prezident Admnistrasiyasında olub.
Qaraşovun Bakıya gəlişinin səbəbi həm səhhəti ilə bağlı problemlərdən dolayı həkim müyainəsindən keçmək, həm də işdən çıxmaqla bağlı ərizəsini təqdim etmək olub.
Etibarlı mənbələrdən aldığımız məlumata görə, icra başçısı bir neçə ildir ürəyindəki problemlərdən əziyyət çəkir. Hətta onun bir neçə il əvvəl ürəyinə stend qoyudurduğu da deyilir.
İşdən çıxmasının səbəbi kimi də səhhəti göstərilir. Ki, bunun inandırıcı olub, olmadığını dəqiq demək mümkün deyil. Ona görə ki, Taleh Qaraşov uzun müddətdir Lənkəranı idarə edir. Mütəmadi görüşlərə də qatılır. Rayonda keçirilən tədbirlərdə də iştirakdan yayınmır.
Güman ki, Taleh Qaraşovun işdən çıxma istəyi başqa səbəblərlə bağlıdır. Həmin səbəblərin konkret olaraq nədən ibarət oldğunu hələlik məlum deyil.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Ana səhifəyə qayıt
Oxunub: 216
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər