Barəsində araşdırma aparılan deputatın vəzifələri müəyyənləşib
(16-09-2020, 18:00)
Barəsində araşdırma aparılan deputatın vəzifələri məlum olub.
Bu barədə Milli Məclisin İntizam komissiyasının Əsasnamə layihəsi qeyd edilib.
Qeyd edilib ki, barəsində araşdırma aparılan deputatın vəzifələri aşağıdakılardır:
- İntizam komissiyasının çağırışı ilə gəlmək;
- İntizam komissiyasının üzvlərinin suallarını cavablandırmaq;
- Müvafiq sahədə “Milli Məclisin deputatının statusu haqqında”, “Milli Məclis deputatının etik davranış qaydaları haqqında”, Daxili Nizamnamədə və bu əsasnamədə göstərilən digər vəzifələri yerinə yetirmək;
- Barəsində araşdırma aparılan deputatın İntizam komissiyasının və komissiyada baxılan məsələlərlə əlaqədar keçirilən Milli Məclisin iclasında iştirakı mümkün olmadıqda məsələyə onun iştirakı olmadan baxılır;
- Etik davranış qaydalarını ilk dəfə pozan deputat yol verdiyi pozuntunu etiraf etdikdə, səmimi peşmanlıq və bu barədə yazılı üzrxahlıq təqdim etdikdə məsuliyyətə cəlb olunmaya bilər.
Ana səhifəyə qayıt
Oxunub: 84
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər