“Heydər Əliyev İli” çərçivəsində Göygöldə növbəti ağacəkmə aksiyası keçirilib - foto
(12-04-2023, 12:30)

 
 
Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.
Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.
2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə ölkənin hər yerində təşkil olunan silsilə tədbirlərdən biri bu dəfə Göygöldə baş tutdu.
Belə ki, Göygöl Rayon İcra və Probasiya Şöbəsinin rəisi Orxan Əliyev və əməkdaşları əvvəlcə rayonun Heydər Əliyev Mərkəzində toplaşaraq, Heydər Əliyevi Azərbaycan xalqının tarixində xilaskar kimi böyük fəxrlə yad ediblər. Daha sonra Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə təşkil olunan silsilə tədbirlər çərçivəsində növbəti ağacəkmə aksiyasını elə Göygöl Rayon İcra və Probasiya Şöbəsinin həyətində həyata keçiriblər.
Orxan Əliyevin özünün və könüllülərin də iştirakı ilə Göygöl Rayon İcra və Probasiya şöbəsinin  ərazisində keçirilən ağaçəkmə aksiyasında müxtəlif növ ağac əkilib və suvarılıb. Göygöl rayonunda ağacəkmə kompaniyası bundan sonra da davam edəcək.

dovrunnabzi.az


 



 
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 305

Xəbər lenti