Meşələrin İnkişafı Xidmətindən "TVM İnşaat"a 3,3 milyon manatlıq sifariş
(10-04-2023, 18:00)

Ekologiya Və Təbii Sərvətlər Nazirliyi Yanında Meşələrin İnkişafı Xidməti növbəti tenderin nəticələrini elan edib.
"Cəbrayıl rayonunun inzibati ərazisində Qarabağ Meşəçilik və Təlim Mərkəzinin (“Ağıllı Tinglik Sahəsi”, “Beynəlxalq Meşəçilik Təlim Mərkəzi” və “Dostluq Meşəsi”) salınması üzrə işlərin satın alınması" tenderinin qalibi "TVM İnşaat" MMC (VÖEN: 1101408601) olub.
Qalib şirkətə 3 335 391 manat ödəniləcək.
"TVM İnşaat" daha öncə "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən elan edilmiş 1 496 017 manat dəyərindəki "Xətai rayonu 263 nömrəli orta məktəbin üçmərtəbəli korpusunun bərpa-gücləndirilməsi, ikimərtəbəli korpusun və birmərtəbəli keçidlərin sökülərək yeni korpusların (idman və akt zalı ilə) inşası" tenderinin qalibi seçilib (04.08.2020 ).
Ana səhifəyə qayıt
Oxunub: 116
Xəbəri paylaş
Xəbər lenti
11-07-2025 18:00
Ən çox baxılanlar